Rusiya nüvə başlıqlarının sayı üzrə öhdəlikləri dayandırdığını elan edib
04-fevral-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Moskva Rusiya-Amerika arasında Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması Müqaviləsi (RHSŞ) üzrə öhdəlikləri artıq icra etmir və tərəflər bundan sonra müqavilə çərçivəsində bağlı deyillər. Bu, onların gələcək addımlarını sərbəst seçə biləcəyi deməkdir.
"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN-in açıqlamasında qeyd olunur ki, ABŞ-dan bu təşəbbüsə rəsmi cavab alınmayıb və amerikalı tərəfin açıqlamaları Moskvanın təklif etdiyi tədbirlərə əməl edəcəyi anlamına gəlmir. Nazirlik bildirib ki, Rusiyanın mövqeyi qətiyyətli qarşı tədbirlərə hazır olmaqdır, lakin eyni zamanda Moskva strateji sabitliyi qorumaq üçün dialoqa açıqdır.
Qeyd edək ki, RHSŞ müqaviləsinin müddəti 2026-cı il fevralın 5-də başa çatır. Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, Rusiya müqavilənin müddəti bitdikdən sonra da bir il müddətində öhdəlikləri saxlamaya hazırdır. Kremlin rəsmi açıqlamasında qeyd olunub ki, müqavilənin başa çatması strateji təhlükəsizliyə mənfi təsir göstərə bilər, lakin Moskvanın təklifləri hələ də gündəmdədir.