6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ İranın tələblərini rədd etdi, hərbi əməliyyat təhlükəsi gündəmə gəlir – "Axios"

04-fevral-2026
Turan Hüseynli
ABŞ İranın tələblərini rədd etdi, hərbi əməliyyat təhlükəsi gündəmə gəlir – "Axios"
Yazı Ölçüsü:
ABŞ İranın cümə günü üçün planlaşdırılan danışıqların yerinin və formatının dəyişdirilməsi ilə bağlı tələblərini qəbul etməyib.
"PostMedia" xəbər verir ki bu barədə "Axios" iki amerikalı rəsmiye istinadən məlumat yayıb.
Məlumata görə, yaranmış dalana dirənmiş vəziyyət diplomatik irəliləyişə mane ola və prezident Donald Trampı hərbi variantlara əl atmağa sövq edə bilər.
ABŞ və İran daha əvvəl İstanbulda keçiriləcək görüş barədə razılığa gəlmişdi. Görüşdə Yaxın Şərqin bir sıra ölkələrinin müşahidəçi qismində iştirakı nəzərdə tutulurdu. Lakin çərşənbə axşamı İran tərəfi danışıqların Omana köçürülməsini və yalnız ikitərəfli formatda keçirilməsini tələb edib. Tehran bununla müzakirələrin yalnız nüvə məsələlərinə fokuslanmasını, raket proqramı kimi ABŞ və region ölkələri üçün prioritet olan mövzuların gündəmdən kənarda qalmasını istəyib.
ABŞ rəsmiləri yerin dəyişdirilməsi ilə bağlı tələbi müzakirə etsələr də, çərşənbə günü bu istəyi rədd etmək qərarı veriblər.
Amerikalı rəsminin sözlərinə görə, İran ilkin razılaşdırılmış formata qayıtmağa hazır olarsa, ABŞ bu və ya gələn həftə görüş keçirməyə hazırdır.
“Biz tez bir zamanda real razılaşmaya nail olmaq istəyirik. Əks halda insanlar başqa variantları nəzərdən keçirməyə başlayacaq”, – deyə yüksək vəzifəli rəsmi bildirib və bununla Trampın hərbi əməliyyatlarla bağlı dəfələrlə səsləndirdiyi təhdidlərə işarə edib։
Digər ABŞ rəsmisi isə qeyd edib ki, İran kompromisdən imtina edib və bu səbəbdən danışıqların bu həftə baş tutmaması ehtimalı yüksəkdir.
"Axios"un məlumatına görə, "Ağ Ev"in xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner cümə axşamı İran məsələsi ilə bağlı Qətərin baş naziri ilə danışıqlar aparmaq üçün Dohaya gedəcəklər. Daha sonra onların iranlılarla görüşmək əvəzinə Mayamiyə qayıtması planlaşdırılır.
Kateqoriyalar