6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ–İran danışıqları baş tutmaya bilər – "Axios"

04-fevral-2026
ABŞ–İran danışıqları baş tutmaya bilər – "Axios"
Yazı Ölçüsü:
ABŞ və İran arasında fevralın 6-da, cümə günü keçirilməsi planlaşdırılan nüvə danışıqları baş tuta bilməz.
"PostMedia" xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqların mümkünsüzlüyünün əsas səbəbi ABŞ tərəfinin görüş yerinin Türkiyədən Omana köçürülməsi ilə bağlı İranın tələbi ilə razılaşmamasıdır.
Daha əvvəl "Reuters" yazmışdı ki, İran ABŞ ilə bu həftə keçiriləcək danışıqların Türkiyədə deyil, Omanda baş tutmasını və görüşlərin yalnız nüvə məsələləri üzrə ikili formatda keçirilməsini tələb edib.
"Axios"un məlumatına görə, Vaşinqton Tehrana bildirib ki, əgər İran ilkin razılaşdırılmış formata qayıtmağa hazır olarsa, görüş bu və ya gələn həftə baş tuta bilər.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930