Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı Şahzadəsi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əl-Səud ilə telefon danışığı aparıb.
"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, fevralın 19-da qeyd olunacaq Rusiya–Səudiyyə Ərəbistanı diplomatik əlaqələrinin 100 illiyi ərəfəsində hər iki lider məmnunluqla vurğulayıb ki, ikitərəfli münasibətlər yüksək səviyyəyə çatıb və həqiqətən çoxşaxəli və qarşılıqlı faydalı olub. Onlar siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə addımlar atmaq barədə razılığa gəliblər.
Həmçinin tərəflər “OPEC Plus” formatında əməkdaşlığın gedişini, qlobal enerji bazarının sabitliyinin təmin olunmasını, eləcə də aktual beynəlxalq və regional məsələləri müzakirə ediblər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
