6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Sülh sazişi imzalandıqdan sonra NATO qüvvələri Ukraynada yerləşdiriləcək – baş katib

03-fevral-2026
Sülh sazişi imzalandıqdan sonra NATO qüvvələri Ukraynada yerləşdiriləcək – baş katib
Yazı Ölçüsü:

Sülh sazişi imzalandıqdan dərhal sonra NATO-nun silahlı qüvvələri, o cümlədən hərbi-hava qüvvələri Ukraynada yerləşdiriləcək, həmçinin dəniz dəstəyi və NATO-nun iştirakı təmin olunacaq.

"PostMedia" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bildirib.

Onun sözlərinə görə, Alyansın birbaşa iştirak etməyən ölkələri də digər vasitələrlə dəstək göstərəcəklər.

Rütte vurğulayıb ki, sülhə nail olmaq çətin qərarlar tələb edəcək, lakin Ukrayna əldə olunan razılaşmaların davamlılığına əmin olmalıdır.

Sülh uzunmüddətli olmalıdır və imzalanmış sənədlərin icrasına böyük güclər zəmanət verməlidir,” – deyə o qeyd edib.

Baş katib əlavə edib ki, beynəlxalq ictimaiyyət Budapeşt Memorandumuna bənzər bir vəziyyətin təkrarlanmasına imkan verməyəcək.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930