Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında sülh yolu ilə nizamlanma məsələsinə həsr olunmuş görüş, əvvəlcə fevralın 1–2-nə planlaşdırılsa da, fevralın 4–5-də keçiriləcək.
"PostMedia" xəbər verir ki, ni u barədə Kremlin nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, tarix dəyişikliyi “üç tərəfin qrafiklərinin əlavə uzlaşdırılması” zərurəti ilə bağlıdır.
Bir qədər əvvəl eyni tarixləri Ukrayna prezidenti Volodimir Zelenski də açıqlamışdı.
Görüşün təxirə salınmasının ABŞ-ın təşəbbüsü ilə baş verdiyi ehtimal olunur. İkinci mərhələnin ərəfəsində ABŞ prezidenti Donald Tramp, kəskin soyuqlar və Rusiyanın əvvəlki kütləvi hücumlarının nəticələri fonunda, fevralın 1-dək Kiyev və regionun enerji obyektlərinə yeni zərbələrdən çəkinməyi Rusiya prezidenti Vladimir Putindən xahiş edib.
Kremlin nümayəndəsi enerji obyektlərinə zərbələr üzrə moratoriumun danışıqların yeni mərhələsinin başlanmasına qədər uzadılıb-uzadılmadığını dəqiqləşdirməyib.
