6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Kreml Putin və Zelenski arasında görüşü yalnız Moskvada mümkün sayır

02-fevral-2026
Kreml Putin və Zelenski arasında görüşü yalnız Moskvada mümkün sayır
Yazı Ölçüsü:

Kreml bildirir ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında təmaslar yalnız Moskvada mümkündür.

"PostMedia" xəbər verir ki, bu barədə brifinq zamanı Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Zelenski təmaslar təklif edir, Putin isə bildirib ki, bunlar Moskvada mümkündür. Bu mövqe bizim mövqeyimiz olaraq qalır”, – deyə Peskov iki prezidentin neytral ərazidə görüşünün mümkünlüyünün nəzərdən keçirilib-keçirilmədiyi ilə bağlı suala cavab verib.

Peskov Moskvanın bu məsələdəki mövqeyini “kifayət qədər ardıcıl” adlandırıb.

“Biz danışıqlara açıq qalırıq. İşçi qruplar xətti üzrə işlər aparılır. Biz bunu alqışlayırıq və Ukraynada nizamlanmanın xeyrinə bu işi gələcəkdə də davam etdirməyə hazırıq”, – deyə o əlavə edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930