—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Putinin xüsusi nümayəndəsi Abu-Dabidə keçiriləcək danışıqlardan öncə Mayamiyə səfər edəcək – "Reuters"

30-yanvar-2026
Turan Hüseynli
Putinin xüsusi nümayəndəsi Abu-Dabidə keçiriləcək danışıqlardan öncə Mayamiyə səfər edəcək – "Reuters"
Yazı Ölçüsü:

Rusiya prezidentinin investisiyalar və xarici ölkələrlə iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev ABŞ-yə səfər edəcək və prezident administrasiyasının üzvləri ilə görüşlər keçirəcək.

"PostMedia" xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Dmitriyev şənbə günü – yanvarın 31-də Mayamiyə gedəcək və ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparacaq.

Moskva və Kiyev arasında danışıqların yeni mərhələsi isə növbəti gün – fevralın 1-də Əbu-Dabidə planlaşdırılır. Dmitriyev yanvarın 23–24-də Birləşmiş Ərəb Əmirliklərində keçirilən əvvəlki üçtərəfli danışıqlarda Rusiya–ABŞ iqtisadi qrupunun rəhbəri kimi iştirak edib.

Dmitriyev daha əvvəl, 2025-ci il dekabrın 20-də də Mayamiyə səfər etmiş və orada ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Donald Trampın kürəkəni Cared Kuşner və Federal Satınalmalar Xidmətinin (FAS) komissarı Coş Qrünbaum ilə görüşmüşdü. Həmin görüşdə Ukraynadakı münaqişənin nizamlanması planı müzakirə olunmuşdu.

Fevralın 1-də Əbu-Dabidə keçiriləcək danışıqlar ikitərəfli formatda baş tutacaq. Bununla belə, ABŞ-ın prosesdə iştirakı mümkündür. ABŞ dövlət katibi Marko Rubio dəqiqləşdirib ki, Uitkoff və Kuşner görüşdə iştirak etməyəcəklər.

Kateqoriyalar