ABŞ Prezidenti Donald Tramp yenidən bəyan edib ki, ölçülərinə görə Venesuelaya göndəriləndən daha böyük olan Amerika hərbi gəmilərindən ibarət donanma İrana doğru hərəkət edir.
"PostMedia" xəbər verir ki, o, bu açıqlamanı "Ağ Ev"də keçirilən tədbir zamanı verib.
“İran istiqamətində iri hərbi gəmilər birləşməsi, donanma irəliləyir – necə adlandırmaq istəyirsinizsə adlandırın, hətta Venesuelaya qarşı göndərilən donanmadan da böyükdür”, – deyə Tramp bildirib.
Nüvə sazişi ilə bağlı konkret tarix müəyyən edib-etmədiyi sualına cavab verən Tramp qeyd edib ki, Vaşinqtonla razılaşmaya nail olmaq üçün son tarix olub-olmadığını yalnız İran hakimiyyəti bilir, İnterfaks yazır.
O vurğulayıb ki, İranla bağlı vəziyyət mürəkkəbdir, lakin əlavə edib: “Görək nə olacaq. Deyə bilərəm ki, İran razılaşma bağlamaq istəyir”.
Tramp daha əvvəl də bildirmişdi ki, əgər Tehran razılığa gələ bilməsə, ABŞ silahlı qüvvələri ötən yayla müqayisədə İrana daha güclü zərbə endirməyə hazırdır.
