—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Bloomberg: Aİ-nin Rusiya neftinə qarşı sanksiyalara yanaşması dəyişə bilər

30-yanvar-2026
Turan Hüseynli
Bloomberg: Aİ-nin Rusiya neftinə qarşı sanksiyalara yanaşması dəyişə bilər
Yazı Ölçüsü:

Avropa İttifaqı Rusiya neftinin qiymət tavanı mexanizmindən imtina edərək, bunun əvəzinə onun daşınması ilə bağlı xidmətlərə tam qadağa tətbiq etməyi müzakirə edir.

"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən xəbər verir.

Söhbət sığorta, nəqliyyat və Avropa şirkətləri üçün Rusiyadan dəniz yolu ilə neft daşınması üçün zəruri olan digər xidmətlərin – xammalın qiymətindən asılı olmayaraq – məhdudlaşdırılmasından gedir. Bu ideya daha əvvəl Aİ ilə “Böyük Yeddilik” (G7) ölkələri arasında aparılan danışıqlarda da gündəmə gətirilib.

Agentliyin məlumatına görə, G7 üzvü olan ölkələr Brüsselin fevralın sonunadək razılaşdırmağı planlaşdırdığı 20-ci sanksiyalar paketinin ilkin təsvirini alıblar. Lakin paketin qəbul edilməsi üçün yekdil dəstək tələb olunur və bəzi ölkələr artıq qiymət məhdudiyyətindən imtina etməyin məqsədəuyğunluğu ilə bağlı şübhələrini ifadə ediblər.

Bundan əlavə, yeni paket Rusiya bankları və neft şirkətlərinə qarşı əlavə məhdudiyyətləri, sanksiyalardan yayınmağa kömək etdiyindən şübhə edilən kriptovalyuta platformaları və üçüncü ölkələrin maliyyə institutlarına qarşı tədbirləri, həmçinin “kölgə donanması” adlandırılan gəmilərin siyahısının genişləndirilməsini əhatə edə bilər.

Mənbələr eyni zamanda avadanlıqların və ikili təyinatlı malların tədarükünə ticarət məhdudiyyətlərinin tətbiq olunması ehtimalını da bildirirlər. Buraya müəyyən dəzgahların və radioavadanlıqların Qırğızıstana ixracı da daxildir. Həmçinin Rusiya metalları idxalı ilə bağlı yeni tədbirlər müzakirə olunur.

Kateqoriyalar