6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Hikmət Hacıyev Avropa İttifaqının üzvlərinə Zəngəzur dəhlizi barədə məlumat verib

27-noyabr-2025
Hikmət Hacıyev Avropa İttifaqının üzvlərinə Zəngəzur dəhlizi barədə məlumat verib
Yazı Ölçüsü:

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə bir sıra görüşlər keçirib.

"PostMedia" xəbər verir ki, bu barədə o, özünün X hesabında qeyd edib:

"Bu gün Brüsseldə Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi mövzusunda əhatəli müzakirələr apardıq.

Komitənin sədri, səfir Delphine Pronk və bütün üzvlərə təşəkkürümü bildirirəm.

Komitəyə Azərbaycanın bölgədə irəli sürdüyü sülh gündəliyi, sülhün iqtisadi faydaları, Zəngəzur dəhlizinin inkişafı və etimad yaratma tədbirləri barədə məlumat verdim.

Komitə üzvlərinə əməkdaşlığımızı və tərəfdaşlığımızı EU ilə gücləndirmək üçün atılacaq növbəti addımlara tam dəstək göstərdikləri üçün təşəkkür edirəm".

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930