N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

18-noyabr-2025
Admin
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.
PostMedia” xəbər verir ki, məktubda deyilir.
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Latviya münasibətlərinin xoş ənənələri vardır. Xalqlarımızın tarixi əlaqələri, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar yaradır.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Kateqoriyalar