Rusiyalı hücumçu Kirill Kaprizov “Minnesota Wild” komandası ilə Milli Xokkey Liqasının peşəkar xokkey tarixində ən böyük məbləğli müqaviləni bağlayıb.
”PostMedia” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Müqaviləyə əsasən gələcək 8 il ərzində Kaprizov 136 milyon avro qazanacaq.
28 yaşlı Kaprizov artıq amerika klubunda 5 mövsüm keçirib, 319 oyunda 386 xal toplayıb.
Qeyd edək ki, NHL tarixində bu rekord müqavilədən əvvəl ən böyük müqavilə rusiyalı Aleksandr Oveçkinə məxsus idi. O, 2008-ci ildə “Washington Capitals” ilə 13 il üçün 124 milyon avro dəyərində müqavilə imzalamışdı.