6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Komanda

MDB Oyunlarında iştirak edəcək komandalar Azərbaycana gəlir

26-sentyabr-2025
MDB Oyunlarında iştirak edəcək komandalar Azərbaycana gəlir
Yazı Ölçüsü:

Rusiya üzgüçülük komandası MDB Oyunları üçün Azərbaycana gəlib.

"Post Media" TASS-a istinadən xəbər verir ki, Rusiya üzgüçülük komandası 13 nəfərlik heyətlə III MDB Oyunlarında iştirak etmək üçün Gəncəyə yola düşüb. Komanda beş qız və səkkiz oğlan üzgüçüdən ibarətdir və 4x200 m estafeti istisna olmaqla, demək olar ki, bütün məsafələrdə yarışacaqlar.

Məşqçi Dmitri Komarov bildirib ki, bu, idmançılar üçün ölkə bayrağı altında ilk beynəlxalq startdır. Bəzi üzgüçülər artıq Avropa çempionatında iştirak edib.

III MDB Oyunları Azərbaycanda 12 idman məkanında, 7 şəhərdə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncədə olacaq və yarışlarda 23 idman növündə medallar uğrunda mübarizə aparılacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930