6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Komanda

Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub

14-aprel-2025
Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub
Yazı Ölçüsü:

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası möhtəşəm nailiyyətə imza atıb – Slovakiyada keçirilən Avropa çempionatında komanda birinci yeri tutaraq qitənin çempionu olub.

PostMedia”nın məlumatına görə, yığmamız yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 151 xalla Avropanın ən güclüsü adına layiq görülüb.

Bu, Azərbaycan yunan-Roma güləşi millisinin tarixində ikinci Avropa çempionluğudur.

Qeyd edək ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (82 kq qızıl medal, Eldəniz Əzizli (55 kq) gümüş medal, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq bürünc medal qazanıblar.

Bununla da Azərbaycan güləş tarixində növbəti uğurlu səhifə yazılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930