6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qəza

Türkiyədə "CH-47" ağır nəqliyyat vertolyotu qəzaya uğrayıb

22-aprel-2026
Türkiyədə "CH-47" ağır nəqliyyat vertolyotu qəzaya uğrayıb
Yazı Ölçüsü:

Türkiyə Quru Qoşunları Aviasiya Komandanlığına məxsus "CH-47" ağır nəqliyyat helikopteri təlim uçuşu zamanı Ankaranın Temelli rayonunda qəzaya uğrayıb.

"PostMedia" xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Quru Qoşunları Aviasiya Komandanlığına məxsus "CH-47" ağır nəqliyyat helikopteri hələlik naməlum səbəbdən Ankaranın Temelli bölgəsində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Ekipaj arasında itki yoxdur”, – deyə Türkiyə MN-in açıqlamasında bildirilib.

Qəzanın səbəbi ətraflı araşdırmadan sonra müəyyən ediləcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930