6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

“Google” Moskvada məhkəməsində sanksiyalarla bağlı mübahisəni uduzub

29-aprel-2026
“Google” Moskvada məhkəməsində sanksiyalarla bağlı mübahisəni uduzub
Yazı Ölçüsü:

“Google” Moskva dairə kassasiya məhkəməsində “Radio 44” ilə bağlı məhkəmə çəkişməsində məğlub olub.

PostMedia” xəbər verir ki, bu barədə “Kommersant.ru” məlumat yayıb.

Məhkəmə təsdiqləyib ki, Sankt-Peterburqda fəaliyyət göstərən “Radio 44”ün “AdSense” xidmətindəki “YouTube” hesabının bloklanması ilə bağlı mübahisə Rusiya dövlət məhkəmələrində araşdırıla bilər.

2023-cü ilin iyulunda radionun “AdSense” hesabı bloklanmış, reklam nümayişi dayandırılmışdı. “Google”un dəstək xidməti bunu beynəlxalq sanksiyalarla izah etmişdi.

2024-cü ildə “Radio 44” MMC Rusiyanın “Гугл” MMC-si, “Google LLC” və “Google Ireland Limited”ə qarşı iddia qaldıraraq bloklanmanın qanunsuz olduğunu bildirib. Şirkət qeyd edib ki, nə özü, nə də rəhbərliyi sanksiya siyahılarında yer alır.

2025-ci ilin mayında Moskva Arbitraj Məhkəməsi bloklanmanı qanunsuz hesab etsə də, hesabın tam bərpası tələbinə rədd cavabı verib. Məhkəmə qeyd edib ki, hesab aktivdir, lakin 2024-cü ilin sentyabrından etibarən Rusiyadan olan bütün baxışlar üçün “YouTube” monetizasiyası dayandırılıb.

“Google LLC” kassasiya şikayəti verərək bildirib ki, müqaviləyə əsasən mübahisələr London arbitrajında və ya İngiltərə dövlət məhkəmələrində baxılmalıdır. Şirkət həmçinin iddiaçıya qarşı konkret sanksiya aktının olmadığını vurğulayıb.

Lakin Moskva dairə arbitraj məhkəməsi bu arqumentləri qəbul etməyib. Məhkəmə qeyd edib ki, mübahisə birbaşa sanksiyalarla bağlıdır, çünki hesabın bloklanmasına səbəb kimi məhz cavabdehlər sanksiyaları göstəriblər.

Qərarda bildirilib ki, Rusiya vətəndaşları ilə xarici kontragentlər arasında sanksiyalarla bağlı yaranan mübahisələr Luqovoy qanunu kimi tanınan norma əsasında Rusiya dövlət məhkəmələrinə verilə bilər.

Məhkəmə əlavə edib ki, sanksiyalar əsasında Rusiya şəxslərinin hüquqlarını məhdudlaşdıran hüquq normaları Rusiyanın ictimai qaydalarına zidd olduğu üçün tətbiq edilə bilməz.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930