6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

İran Trampın səkkiz qadının edam planını təkzib edib

22-aprel-2026
İran Trampın səkkiz qadının edam planını təkzib edib
Yazı Ölçüsü:

İranın məhkəmə hakimiyyəti ABŞ Prezidenti Donald Tramp və israilli aktivistin ölkədə səkkiz qadının edam təhlükəsi ilə üzləşməsi barədə səsləndirdiyi iddiaları təkzib edib.

"PostMedia" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bundan əvvəl Donald Tramp "Truth Social" sosial şəbəkəsində iranlı rəhbərliyə müraciət edərək “səkkiz qadının azad edilməsini” xahiş etmişdi.

“Tezliklə nümayəndələrimlə danışıqlara başlayacaq iranlı liderlərə müraciət edirəm: bu qadınların azad olunmasına görə çox minnətdar olardım. Əminəm ki, onlar sizin bu addımınıza hörmətlə yanaşacaqlar. Zəhmət olmasa, onlara zərər verməyin. Bu, danışıqlar üçün əla başlanğıc olardı. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm”, – deyə o yazmışdı.

Tramp paylaşımına istifadəçi Eyal Yakobinin postunu da əlavə edib. Həmin paylaşımda iddia olunurdu ki, İran hakimiyyəti “səkkiz qadını dar ağacından asmağa hazırlaşır”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930