6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Yunanıstanda keşiş 1,3 milyon avroluq dələduzluqda ittiham olunur

26-fevral-2026
Yunanıstanda keşiş 1,3 milyon avroluq dələduzluqda ittiham olunur
Yazı Ölçüsü:
Yunanıstanda pravoslav kilsəsinin 70 yaşlı keşişi ən azı 1,3 milyon avro məbləğində ianəni mənimsəməkdə ittiham olunaraq Salonikidə məhkəmə qarşısına çıxarılıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Kathimerini" nəşrinin məlumat yayıb.
Məlumata görə, keşiş 2018–2023-cü illərdə metropolit yepiskop postuna seçilmək məqsədilə dindarlardan ianələr toplayıb.
İttihama əsasən, o, bu pulları guya kilsə daxilində nüfuz qazanmaq və seçki kampaniyasını maliyyələşdirmək üçün yığıb. Təqsirləndirilən şəxs müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb və məhkəmə qərarınadək həbsdə saxlanılır.
İş üzrə daha bir sabiq keşiş və iki mülki şəxs də mühakimə olunur. Şahidlərdən biri keşişə 200 min avro verdiyini, seçiləcəyi təqdirdə isə kilsədə yüksək vəzifə vəd edildiyini bildirib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930