6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Gürcüstanda müəllim azyaşlıya qarşı əxlaqsız hərəkətlər ittihamı ilə saxlanılıb

20-fevral-2026
Gürcüstanda müəllim azyaşlıya qarşı əxlaqsız hərəkətlər ittihamı ilə saxlanılıb
Yazı Ölçüsü:
Gürcüstanın İmereti bölgəsində 16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər törətməkdə şübhəli bilinən 42 yaşlı kişi saxlanılıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqın ilkin məlumatına əsasən, şübhəli şəxs İmereti regionunda yerləşən dövlət məktəblərindən birində azyaşlı qıza qarşı qeyri-etik davranış nümayiş etdirib. Bildirilir ki, saxlanılan şəxs həmin məktəbin müəllimidir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində o, təqsirləndirilən şəxs qismində tutulub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsi üzrə cinayət işi başlanıb. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930