6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Berlində bir kişi Almaniya kanslerinin ofisinin binasına boya atıb

09-aprel-2026
Berlində bir kişi Almaniya kanslerinin ofisinin binasına boya atıb
Yazı Ölçüsü:

Berlində Almaniya kanslerinin ofisinin binasına qırmızı boya atan kişi saxlanılıb.

"PostMedia" xəbər verir ki, bu barədə Berlin Polisi tərəfindən yayılan məlumatda bildirilir.

Açıqlamaya görə, hadisə dünən günorta saatlarında Tiyerqarten rayonunda yerləşən kanslerlik binasında baş verib. Təxminən saat 12:45 radələrində 76 yaşlı kişi binanın fasadına təxminən 2x3 metr sahəni əhatə edən qırmızı boya atıb. Bundan sonra o, siyasi məzmunlu plakat açıb. Kişinin 40 yaşlı müşayiətçisi isə hadisəni videoya çəkib.

Məlumatda qeyd olunur ki, federal polis və Berlin polisi əməkdaşları hər iki şəxsin kimliyini müəyyənləşdiriblər.

Əmlaka dəyən ziyanla bağlı istintaq Berlin Dövlət Kriminal Polis İdarəsinin dövlət təhlükəsizliyi bölməsinə həvalə edilib.

"RedaktionsNetzwerk Deutschland"in məlumatına görə, plakatda digər məsələlərlə yanaşı Almaniya kansleri Fridrix Merç beynəlxalq hüququ pozmaqda ittiham olunub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930