6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Pentaqon rəhbəri: İranın ali rəhbəri Xamenei ağır yaralanıb

08-aprel-2026
Pentaqon rəhbəri: İranın ali rəhbəri Xamenei ağır yaralanıb
Yazı Ölçüsü:

İranın ali rəhbəri Müctəba Xamenei ağır yaralanıb.

"PostMedia" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset aprelin 8-də keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Xamenei “yaralanıb və ciddi şəkildə xəsarət alıb”, həmçinin İranın sənaye infrastrukturu demək olar ki, tamamilə məhv edilib. ABŞ müdafiə naziri əlavə edib ki, atəşkəsə baxmayaraq, ABŞ Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.

Bununla yanaşı, aprelin 4-də Xameneinin müalicə üçün guya Rusiyaya getməsi barədə yayılan məlumatların saxta olduğu bildirilib. Məlumata görə, aldığı xəsarətlər onun fəaliyyətinə mane olmur.

Bundan əvvəl – aprelin 3-də isə iranlı diplomatik mənbə Xameneinin həqiqətən yaralandığını, lakin sağ olduğunu təsdiqləmişdi.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930