6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Sumqayıtda “Alma ovu”na çıxan məmur yenə iş başında: Bu dəfə quşçuluq təsərrüfatında

04-mart-2026
Turan Hüseynli
Sumqayıtda “Alma ovu”na çıxan məmur yenə iş başında: Bu dəfə quşçuluq təsərrüfatında
Yazı Ölçüsü:

Bir müddət əvvəl Sumqayıt şəhəri ərazisində qanunsuz ticarətə qarşı reydlərdə kobud davranışı ilə sosial şəbəkələrdə gündəmə gələn Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) əməkdaşı Samir Bədəlov yenidən reydlərə başlayıb.
PostMedia” xəbər verir ki, bu dəfə o, quşçuluq təsərrüfatında pozuntular aşkar edib.
Belə ki, Suqmayıt ŞİH və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Murad Agro” quşçuluq təsərrüfatında birgə monitorinqlər keçirib.
Müəssisədə bir sıra nöqsanlar aşkar edilib və bu səbəbdən də sexin fəaliyyəti müvəqqəti dayandırılıb.
Xatırladaq ki, bir müddət öncə Sumqayıt şəhərində keçirilən reydlərr zamanı Samir Bədəlovun hərəkətləri birmənalı qarşılanmamışdı. Məlum hadisələrdən sonra Sumqayıt Şəhəri icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmri ilə İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi vəzifəsindən azad edilən S.Bədəlova yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsində vəzifə verilib.

Kateqoriyalar