—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Zelenski: "Putin artıq Üçüncü Dünya Müharibəsini başlayıb"

23-fevral-2026
Admin
Zelenski: "Putin artıq Üçüncü Dünya Müharibəsini başlayıb"
Yazı Ölçüsü:
Kremlin lideri Vladimir Putin artıq Üçüncü Dünya Müharibəsini başlayıb. İndi əsas çağırış onun genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır.
"PostMedia" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibəsində bildirib.
Müsahibədə jurnalist qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Ço Bayden öz prezidentliyi dövründə Putinin nüvə təhdidləri və Üçüncü Dünya Müharibəsi qorxusu ilə bağlı narahat olub. Jurnalistin soruşduğu sual – hazırki prezident Donald Tramp bu baxışları bölüşürmü – Zelenski belə cavab verib:
"Biz Üçüncü Dünya Müharibəsi ilə bağlı fərqli baxışlara malikik. Mən hesab edirəm ki, Putin artıq onu başlayıb. Yeganə sual budur ki, o, nə qədər ərazi ələ keçirə bilər və onu necə dayandırmaq olar."
Prezident vurğulayıb ki, bu problem yalnız Rusiyanın qalib gəlməməsi üçün deyil, həm də Rusiya dünyaya başqa bir həyat tərzini tətbiq etməyə və insanların seçdiyi yaşayış modelini dəyişdirməyə çalışdığı üçün yaranır.
Zelenski yekun olaraq bildirib:
"Buna görə də mən hesab edirəm və uzun müddətdir inanıram ki, Putin artıq bu müharibəni başlayıb, və bizim vəzifəmiz onu genişmiqyaslı Üçüncü Dünya Müharibəsinə çevrilməsinin qarşısını almaqdır."
Kateqoriyalar