6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Slovakiyada fövqəladə vəziyyət elan edilib

18-fevral-2026
Slovakiyada fövqəladə vəziyyət elan edilib
Yazı Ölçüsü:
Slovakiya hökuməti neft sahəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.
Buna səbəb Ukraynada baş verən hadisələr fonunda “Drujba” boru kəməri ilə Rusiyadan neft tədarükünün müvəqqəti olaraq dayandırılmasıdır.
"PostMedia" bu barədə yerli "Pravda" xəbər portalı məlumat yayıb.
Bildirilir ki, Slovakiyanın yeganə neft emalı zavodunu istismar edən "Slovnaft" şirkəti təxminən bir aylıq fəaliyyətini təmin edəcək 250 min tona qədər neft alacaq.
Qeyd olunur ki, Slovakiya xam neft və neft məhsulları üzrə kifayət qədər strateji ehtiyatlara malikdir. Bu ehtiyatların ümumi həcmi 816 min ton təşkil edir ki, bu da ölkənin təxminən 90 günlük tələbatını ödəməyə imkan verir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930