—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Təyyarədə dava salan iki sərnişinə ömürlük uçuş qadağası qoyulub

16-fevral-2026
Türkan Nəbi
Təyyarədə dava salan iki sərnişinə ömürlük uçuş qadağası qoyulub
Yazı Ölçüsü:

Britaniyanın “Jet2” aviaşirkəti Türkiyədən Mançesterə həyata keçirilən reys zamanı dava saldıqları üçün iki sərnişinə ömürlük uçuş qadağası tətbiq etdiyini açıqlayıb.

PostMedia” “NBC News”a istinadən xəbər verir ki, hadisə səbəbindən təyyarə məcburi şəkildə başqa hava limanına eniş edib.

Aviadaşıyıcının məlumatına görə, təyyarə Antalyadan Mançesterə uçarkən havada sərnişinlər arasında dava başlayıb. Mübahisənin səbəbi açıqlanmır.

İnsidentə görə reys Belçikanın paytaxtı Brüsselə yönləndirilib. Büdcəli aviaşirkət olan “Jet2” sərnişinlərin davranışını “dəhşətli” adlandırıb.

“Polis hər iki şəxsi Brüsseldə təyyarədən endirib və reys daha sonra Mançesterə davam edib. Qaydaları pozan bu iki sərnişinə şirkətimizlə ömürlük uçuş qadağası tətbiq olunacaq və biz hadisə nəticəsində yaranan xərclərin ödənilməsini də tələb edəcəyik”, – deyə şirkətin açıqlamasında bildirilir.

Sosial şəbəkələrdə yayılan videoda iki kişinin bir-birinə zərbə endirdiyi, digər sərnişinlərin isə onları ayırmağa çalışdığı görünür. Kadrlarda sərnişinlərin davanı dayandırmağa çağırdığı da eşidilir.

“Bir ailə aviaşirkəti olaraq, sərnişinlərin qeyri-adekvat davranışına qarşı sıfır tolerantlıq siyasəti yürüdürük və bu insidentin digər sərnişinlər və əməkdaşlarımız üçün yaratdığı narahatlıqdan təəssüf edirik”, – deyə “Jet2” bildirib.

Kateqoriyalar