6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

FBI Vaşinqtonda atışma törədən şəxsi silah aldıqdan sonra iki dəfə yoxlayıb - CNN

27-aprel-2026
FBI Vaşinqtonda atışma törədən şəxsi silah aldıqdan sonra iki dəfə yoxlayıb - CNN
Yazı Ölçüsü:

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları Koul Tomas Allen adlı şəxsi - Vaşinqtonda baş vermiş atışmanın şübhəlisini - silah aldıqdan sonra iki dəfə yoxlayıblar.

"PostMedia" xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.

Məlumata görə, Allen 2023-cü ildə Kaliforniyada 38-ci kalibrli yarıavtomatik tapança, 2025-ci ildə isə eyni ştatda 12-ci kalibrli ov tüfəngi alıb. Hər iki halda o, şəxsi məlumatlarını təqdim edib və bu məlumatlar yoxlanılması üçün FBI-ya göndərilib.

Daha əvvəl ABŞ ədliyyə nazirinin və baş prokurorun səlahiyyətlərini icra edən Todd Blançe bildirmişdi ki, Allen silahı qanuni şəkildə əldə edib.

Hadisə aprelin 25-də - "Ağ Ev"in müxbirlər assosiasiyasının qəbul mərasimi zamanı baş verib. Tədbirdə ABŞ Prezidenti Donald Tramp da iştirak edib. Atışma nəticəsində Gizli Xidmətin bir əməkdaşı yaralanıb.

Şübhəli saxlanılıb və onun 31 yaşlı Allen olduğu müəyyən edilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930