16°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Pasportların rəng sirri - Niyə yalnız dörd əsas rəng seçilir?

15-apr-2025
Admin
Bakıda baş vermiş yol qəzası
Yazı Ölçüsü:

Dünyada səyahət edərkən diqqət çəkən detalların başında pasportların rəngi gəlir. Demək olar ki, bütün ölkələrin pasportları ya qırmızı, ya mavi, ya yaşıl, ya da qara tonlardadır. Bu dörd rəngdən başqa pasporta rast gəlmək nadir haldır.

Rəng seçimi təkcə estetik səbəblərlə izah edilmir. Rəsmi sənədlərdə tünd rənglər daha ciddi və nüfuzlu görünür. Üstəlik, bu rənglər kirləri və aşınmanı daha yaxşı gizlədir. Pasport rəngləri eyni zamanda dini, mədəni və siyasi simvolları da əks etdirir.

Məsələn, İslam ölkələrində yaşıl rəng müqəddəs sayıldığı üçün Səudiyyə Ərəbistanı və Pakistan yaşıl pasportlardan istifadə edir. Avropa Birliyi ölkələri, ümumiyyətlə, bordo (qırmızı) pasportlarla tanınır. ABŞ və Karib dənizi ölkələri isə əsasən mavi tonlara üstünlük verir. Yeni Zelandiya və bəzi Afrika ölkələri qara pasportlara sahibdir.

Pasport rəngi ilə bağlı beynəlxalq hüquqi bir məcburiyyət yoxdur. Hər ölkə istədiyi rəngi seçməkdə sərbəstdir. Holliston LLC şirkətindən Uilyam Valdron, istənilən Pantone rəngində pasport istehsal oluna biləcəyini bildirir.

Bununla belə, ölkələr qlobal normlara uyğunlaşmaq və beynəlxalq arenada qəbul olunmaq üçün bu dörd əsas rəngə üstünlük verirlər. Rəng seçimi, bayraq və milli himn kimi, milli kimliyin bir parçası sayılır.

Bundan əlavə, pasportların fiziki xüsusiyyətləri Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən müəyyən standartlara tabe tutulur. Pasportlar əyilə bilən, lakin asanlıqla qırılmayan materialdan hazırlanmalıdır. Kimyəvi maddələrə və temperatur fərqlərinə davamlı olmalı, -10 ilə +50 dərəcə arasında funksional qalmalıdır.

Pasportlar polikarbon materiallardan istehsal olunur və çox vaxt elektron çip (biometrik pasport) daşıyır. Yazı tipi və dil məsələsində də ICAO-nun tövsiyələri var. Yazılar Latin əlifbası ilə, böyük hərflərlə yazılmalı və oxunaqlı olmalıdır.

Əgər məlumatlar beynəlxalq dillərdən biri deyilsə, mütləq ingiliscə, fransızca və ya ispan dilində tərcüməsi verilməlidir.

Sonda isə qeyd olunmalıdır ki, pasport yalnız şəxsiyyət sənədi deyil, həm də səyahət icazəsidir. Ona görə də onu qorumaq vacibdir. Xüsusilə fotoşəkil olan səhifəni mütəmadi yoxlamaq, çipi zədələməmək və sənədi nəm və fiziki zərbələrdən qorumaq tövsiyə olunur.

Kateqoriyalar