İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran ABŞ və İsrail ilə müharibədən diplomatiya yolu ilə yayınmağa cəhd göstərib, lakin hərbi təcavüz buna imkan verməyib.
"PostMedia" xəbər verir ki, prezidentin qonşu və dost ölkələrin liderlərinə ünvanladığı müraciətdə bildirilir:
“Hörmətli dost və qonşu dövlətlərin rəhbərləri, biz sizin köməyiniz və diplomatiya vasitəsilə müharibədən qaçmağa çalışdıq. Lakin Amerika-sionist aqressiyası bizə müdafiə olunmaqdan başqa alternativ qoymadı. Biz sizin suverenliyinizə hörmət edirik və hesab edirik ki, regional sülh region ölkələrinin birgə səyləri ilə təmin olunmalıdır.”
Pezeşkianın bəyanatı onun X sosial şəbəkə hesabında yayımlanıb.
