6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycan XİN rəhbəri Məhəmməd İshaq Darla telefonda danışıb

05-mart-2026
Azərbaycan XİN rəhbəri Məhəmməd İshaq Darla telefonda danışıb
Yazı Ölçüsü:

Martın 5-də Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

"PostMedia" bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinə istinadən xəbər verir.

Telefon danışığı zamanı, Pakistan tərəfi Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib.

Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini və müvafiq izahat verilməsini gözlədiyimizi vurğulayıb.

Nazirlər həmçinin Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930