6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstan XİN Naxçıvanla bağlı bəyanat yayıb

05-mart-2026
Turan Hüseynli
Gürcüstan XİN Naxçıvanla bağlı bəyanat yayıb
Yazı Ölçüsü:

Gürcüstnın Xarici İşlər Nazirliyi Azərbaycanın Naxçıvan Muxtar Respubliksı ərazisinə pilotsuz uçuş aparatları ilə edilən hücumu pisləyən bəyanat yayıb.

"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat paylaşıb.

Bəyanatda bildirilir ki, hücum nəticəsində bir neçə mülki şəxs yaralanıb.

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, “beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda vəziyyəti gərginləşdirməyə yönələn istənilən hərəkət qəbuledilməzdir”.

Bəyanatda həmçinin vurğulanıb ki, Gürcüstanla Azərbaycan arasında möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərini nəzərə alaraq, Gürcüstan bu çətin vəziyyətdə qardaş Azərbaycanla həmrəyliyini ifadə edir.

Kateqoriyalar