6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

"Real Madrid"in futbolçusu iki oyunluq cəza alıb

04-mart-2026
"Real Madrid"in futbolçusu iki oyunluq cəza alıb
Yazı Ölçüsü:

İspaniya Kral Futbol Federasiyası (RFEF) İntizam Komitəsinin qərarına əsasən, "Real Madrid" klubunun yarımmüdafiəçisi Franko Mastantuono iki oyunluq diskvalifikasiya olunub.

"PostMedia" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilib ki, "Getafe" ilə La Liqanın 26-cı tur matçının son dəqiqələrində Mastantuono baş hakim Alexandro Munyiz Ruizin qərarlarına etiraz edib və ona qarşı təhqiramiz ifadə işlədib. Nəticədə futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Həmin qarşılaşmada "Real Madrid" rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930