6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Gideon Sa’ar Azərbaycan XİN başçısı Ceyhun Bayramova zəng vurub

05-mart-2026
Gideon Sa’ar Azərbaycan XİN başçısı Ceyhun Bayramova zəng vurub
Yazı Ölçüsü:

İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

"PostMedia" bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinə istinadən xəbər verir.

Telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov 5 mart 2026-cı il tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.

İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930