Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın Türkiyə və Azərbaycana qarşı hücum cəhdini kəskin pisləyib.
"PostMedia" xəbər verir ki, bu barədə Nazirlik bəyanat yayıb.
Nazirlik bəyanatında Səudiyyə Ərəbistanı Krallığının İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almaq cəhdini qətiyyətlə qınadığı bildirilib.
Bəyanantda deyilir:
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almağa yönəlmiş cəhdini ən sərt ifadələrlə pislədiyini və qınadığını bildirir.
Krallıq vurğulayır ki, bu iki ölkəyə qarşı edilən bu qorxaq cəhdlər və İranın region ölkələrinə qarşı təkrarlanan aqressiv davranışı heç bir halda əsaslandırıla bilməyən düşmənçilik siyasətini nümayiş etdirir. Bu addımlar beynəlxalq hüquq normalarına, beynəlxalq qaydalara və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir və regionu daha böyük gərginliyə sürükləyir.
Krallıq Türkiyə və Azərbaycanla hökumət və xalq səviyyəsində tam həmrəy olduğunu bildirir. Eyni zamanda, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu dəstəklədiyini vurğulayır. Krallıq gərginliyin qarşısını almaq və regionun təhlükəsizliyi və sabitliyini qorumaq istiqamətində görülən səyləri yüksək qiymətləndirir.
