6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran dost ölkələrin iki gəmisinə keçid icazəsi verib

04-mart-2026
Turan Hüseynli
İran dost ölkələrin iki gəmisinə keçid icazəsi verib
Yazı Ölçüsü:

İran dost ölkələrə məxsus iki gəminin bağlandığı bildirilən Hörmüz boğazından keçməsinə icazə verib.

"PostMedia" xəbər verir ki, bu barədə martın 4-də İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İki gəmi dost ölkələrə məxsus olduğuna görə, İranın icazəsi və razılığı ilə keçid hüququ əldə edib”, – deyə Mehr News Agency agentliyi bildirib.

Hadisə İranın “Həqiqi vəd-4” adlı hərbi əməliyyatının üçüncü günündə baş verib. Tehran bu əməliyyatı özünə qarşı həyata keçirilən İsrail–ABŞ hərbi addımlarına cavab olaraq başladığını açıqlayıb.

Bununla yanaşı, SEPAH-a istinadən yayılan məlumatlarda Fars körfəzində İsrail istiqamətində hərəkət edən istənilən ABŞ və ya Böyük Britaniya gəmisinin İran üçün “qanuni hədəf” sayıldığı bildirilib.

Eyni gün Fars News Agency SEPAH Hərbi Dəniz Qüvvələri komandanının müavininə istinadən İranın Hörmüz boğazına tam nəzarət etdiyini yazıb.

Qeyd edək ki, iki gün əvvəl SEPAH komandirinin müşaviri, general-mayor İbrahim Cəbari boğazdan keçməyə cəhd edən istənilən gəminin vurulacağını bəyan etmişdi.

Kateqoriyalar