N/A°C Bakı
1$ = 1.70₼
Sosial təminat

Taksi sürücülərinin cərimələri silinəcək

19-noyabr-2025
Türkan Nəbi
Taksi sürücülərinin cərimələri silinəcək
Yazı Ölçüsü:

Tbilisidə icazəsiz və ya icazə şərtlərini pozaraq taksi xidməti göstərən şəxslər 2025-ci il noyabrın 1-dək tətbiq olunan cərimələrdən azad ediləcəklər.

PostMedia” xəbər verir ki, bu barədə qanun layihəsini hakim “Gürcü Arzusu” partiyasının deputatları parlamentə təqdim ediblər.

Layihə müəlliflərinin məlumatına görə, 2025-ci ilin oktyabr ayı üzrə Tbilisi bələdiyyəsi tərəfindən tətbiq olunan sanksiyalar kifayət qədər geniş miqyas alıb. Belə ki, söhbət minlərlə inzibati işdən gedir və onların ümumi məbləği 8 milyon laridir (təxminən 5 milyon manat).

“Bu faktiki vəziyyət göstərir ki, birdəfəlik hüquqi güzəşt həm sosial-iqtisadi, həm də inzibati-hüquqi baxımdan məqsədəuyğundur,” – deyə qanun layihəsinin izahatında qeyd olunub.

Taksi sürücüləri həmçinin icazə haqqı üzrə borclardan azad ediləcəklər.

Taksi islahatının üçüncü mərhələsi çərçivəsində 2023-cü il aprel ayının 1-dən fiziki şəxslərə, 2019-cu il oktyabrın 1-dən 2023-cü il martın 20-dək A kateqoriyalı lisenziya almış şəxslərə ömürlük icazə verilmişdir. Həmçinin bu icazələrin satılması və ya icarəyə verilməsi Tbilisi bələdiyyəsinin yaratdığı portal vasitəsilə mümkün olmuşdur.

Əvvəllər A kateqoriyalı lisenziya bir il müddətinə verilirdi və 100 lariyə başa gəlirdi. Ömürlük lisenziyanın qiyməti gündə 0,27 lari (hibrid halda – 0,13 lari) təşkil edir. Əgər icazə konkret maşın və ya sahib ilə bağlı deyilsə, onun gündəlik qiyməti 3 lari olur.

Kateqoriyalar