6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

19-yanvar-2026
Prezident İlham Əliyev Davosda “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə “DP World” şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluqla qeyd edildi.

Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs olundu. Bu xüsusda “DP World” şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin potensialının olduğu vurğulandı.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930