6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti ilə görüşüb

19-yanvar-2026
Prezident İlham Əliyev Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti ilə görüşüb
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.

"PostMedia" xəbər verir ki, söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edildi.

Görüşdə Azərbaycan ilə “Vestas Wind Systems” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930