6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qarabağ

Yeni il ərəfəsində Ermənistan Azərbaycanla sərhəddə gücləndirilmiş iş rejimi tətbiq edəcək

15-dekabr-2025
Yeni il ərəfəsində Ermənistan Azərbaycanla sərhəddə gücləndirilmiş iş rejimi tətbiq edəcək
Yazı Ölçüsü:

Errmənistan–Azərbaycan sərhədində hazırda vəziyyət sakitdir, lakin yeni il bayramları dövründə Silahlı Qüvvələr gücləndirilmiş xidmət rejiminə keçəcək.

"PostMedia" xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

Nazirin sözlərinə görə, hazırda narahatlıq üçün əsas yoxdur. Onun qeyd edib ki, Silahlı Qüvvələrin qarşılaşdığı əsas çətinliklər təhlükəsizliklə deyil, hava şəraiti ilə bağlıdır. Güclü külək və çovğun hərbi xidmətin təşkili zamanı əlavə problemlər yaradır.

Papikyan vurğulayıb ki, qış aylarında yüksək dağlıq ərazilərdə yerləşən mövqelərə aparan yollar tez-tez bağlanır, bu da xidmət prosesini çətinləşdirir.

O əlavə edib ki, Ermənistan Silahlı Qüvvələrinin bəzi mövqeləri dəniz səviyyəsindən 3500 metrədək yüksəklikdə yerləşir və artıq oktyabr ayından həmin ərazilərdə qar var.

Nazirin sözlərinə görə, bu səbəbdən yolların təmizlənməsi, eləcə də mövqelərlə fasiləsiz rabitənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930