—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qarabağ

Azərbaycan nümayəndə heyəti ilk dəfə quru yolu ilə Ermənistana gedib

13-fevral-2026
Türkan Nəbi
Azərbaycan nümayəndə heyəti ilk dəfə quru yolu ilə Ermənistana gedib
Yazı Ölçüsü:
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilk dəfə Ermənistanın delimitasiya və demarkasiya olunmuş quru sərhəd keçidlərindən keçərək, bütün yoxlama prosedurlarından sonra ölkəyə daxil olublar.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı "Armenpress" agentliyi yayıb. Məlumata görə, Azərbaycan nümayəndə heyəti bu səfəri "Sülh körpüsü" təşəbbüsü çərçivəsində həyata keçirib. 13-14 fevral tarixlərində həmin təşəbbüs çərçivəsində ikitərəfli dəyirmi masa keçiriləcək.
Qeyd olunur ki, "Sülh körpüsü" təşəbbüsündə əsas iştirakçılar – Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olmaqla yanaşı, dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupları da iştirak edəcək. Nəşr edilmiş siyahıya görə, vətəndaş cəmiyyəti nümayəndələrindən başqa, tədbirdə media nümayəndələri də iştirak edəcək.
Müzakirələr zamanı 8 avqust 2025-ci il Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyindən irəli gələn proseslər, formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, cəmiyyətlərin bir-birinə münasibəti, iqtisadi əməkdaşlıq perspektivləri və vətəndaş cəmiyyətinin qarşılıqlı anlaşma və etimadın gücləndirilməsindəki rolu müzakirə olunacaq.
Ermənistan tərəfdən tədbirdə 20 vətəndaş cəmiyyəti və media nümayəndəsi, Azərbaycan tərəfdən isə 19 nümayəndə iştirak edəcək.
Qeyd edək ki, 2025-ci ilin payızında Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin belə iki görüşü Yerevanda və Bakıda keçirilib, lakin hömin vaxt tərəflər paytaxtları hava sərhədləri vasitəsilə ziyarət ediblər.
Kateqoriyalar