N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Davosda Tramp qlobal biznes liderləri ilə qapalı qəbul keçirəcək

19-yanvar-2026
Turan Hüseynli
Davosda Tramp qlobal biznes liderləri ilə qapalı qəbul keçirəcək
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində qlobal biznes liderləri ilə qapalı görüş keçirəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyinin biznes dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Gözlənilir ki, Trampın Davosa səfəri çərşənbə günü, yanvarın 21-də baş tutacaq. Həmin gün o, forumda ayrıca çıxış edəcək, bundan sonra isə qəbul təşkil olunacaq. Qəbulda maliyyə sektoru, kriptoindustriya və konsaltinq sahəsində fəaliyyət göstərən iri şirkətlərin baş icraçı direktorlarının iştirakı nəzərdə tutulur.
Agentliyin məlumatına görə, Tramp ilə görüşə dəvətləri Ağ Ev göndərib. Bununla yanaşı, görüşün ətraflı gündəliyi və iştirakçıların siyahısı açıqlanmayıb.
Davos Dünya İqtisadi Forumu yanvarın 19-dan 23-dək keçirilir. Forumda 60-dan çox ölkənin dövlət və hökumət başçıları, 55 iqtisadiyyat və maliyyə naziri, həmçinin 800-dən artıq top-menecer iştirak edir.
Daha əvvəl Financial Times yazmışdı ki, Qərb liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri Qrenlandiya ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün forum çərçivəsində planlaşdırılan görüşlərin proqramına dəyişikliklər ediblər. İlkin olaraq Ukrayna münaqişəsinin də müzakirəsi nəzərdə tutulur.
Kateqoriyalar