6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

ÇL: “Barselona” “Atletiko Madrid”ə, “Liverpul” isə PSJ-yə uduzdu

09-aprel-2026
ÇL: “Barselona” “Atletiko Madrid”ə, “Liverpul” isə PSJ-yə uduzdu
Yazı Ölçüsü:

Futbol üzrə UEFA Çempionlar Liqası turnirində 1/4 final mərhələsinin ilk oyununda İspaniya çempionu və La Liqanın hazırkı lideri “Barcelona” doğma meydanda Madridin “Atletiko Madrid” klubunu qəbul edib və 0:2 hesabı ilə məğlub olub.

PostMedia” xəbər verir ki, 44-cü dəqiqədə “Barselona”nın ispan müdafiəçisi Pau Kubarsi qırmızı vərəqə alaraq meydandan qovulub.

45-ci dəqiqədə hesabı “Atletiko”nun argentinalı hücumçusu Juliyan Alvarez açıb. 70-ci dəqiqədə isə baş məşqçi Diego Simeonenin komandasında norveçli hücumçu Alexandr Sorlos fərqlənərək üstünlüyü iki topa çatdırıb.

Digər oyunda İngiltərə çempionu “Liverpool” səfərdə Fransa çempionu və Çempionlar Liqasının son qalibi “Paris Saint‑Germain” (PSG) ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. Paris klubunun qollarını fransalı hücumçu Desire Douye və gürcü hücumçu Kiça Kvartsxelia vurublar.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930