N/A°C Bakı
1$ = 1.70₼
Avto | Maliyyə-Biznes

"Lexus" yeni nəsil "LFA sport kupe" modelini təqdim edib

09-dekabr-2025
Türkan Nəbi
"Lexus" yeni nəsil "LFA sport kupe" modelini təqdim edib
Yazı Ölçüsü:

"Toyota Motor" idman avtomobilləri xəttinin yeni flaqmanı "GR GT" kupe ilə yanaşı "Lexus LFA Concept" tam elektrikli sport kupe prototipini də təqdim edib.

"PostMedia" xəbər verir ki, bu model, əslində, GR GT-nin tam elektrikləşdirilmiş versiyası hesab olunur.

Yeni "LFA Concept"in əsasında Toyota "GR GT"nin alüminium məkan çərçivəli şassisi dayanır, lakin kuzov panelləri Lexus üçün tamamilə yenidən hazırlanıb. Xarici görünüşündə LFA daha zərif və estetik xətlərə malikdir, "GR GT"nin isə daha çox sırf motorsport funksionallığı ön plandadır.

"Lexus LFA Concept"in dizaynında bir çox dekorativ və estetik elementlər mövcuddur, o cümlədən dalğavari üslub detallar. Salon da eyni dizayn fəlsəfəsini davam etdirir.

"Toyota GR GT" peşəkar pilotlar üçün ideal balanslaşdırılmış idarəetmə məkanı təqdim edirsə, "Lexus LFA Concept" daha çox oyun həvəskarları üçün futuristik bir kabin təsiri yaradır. Burada sükan əvəzinə təyyarə idarəetmə qoluna bənzər element və minimalistik göstəricilər paneli istifadə olunub.

Eyni 2725 mm təkər bazasına sahib olsa da, "Lexus"un ümumi uzunluğu bir qədər qısadır yəni4690 mm-dir. (Toyota GR GT-də 4820 mm). Eyni zamanda LFA 1750 kq kütləsi ilə "GR GT"dən xeyli ağır olacaq.

"Toyota" rəhbərliyi təqdimat zamanı "Lexus LFA"nın dizaynında əsas prioritetlərin çəkinin azaldılması, ağırlıq mərkəzinin aşağı salınması, şassinin bərkidilməsi və aerodinamik səmərəliliyin artırılması olduğunu vurğulayıb.

"Lexus LFA Concept"in texniki göstəriciləri açıqlanmayıb, lakin ehtimal olunur ki, onlar "Toyota GR GT"yə yaxın olacaq. "GR GT" 4,0 litrlik iki turbokompressorlu V8 hibrid sistemi ilə 641 a.g.850 Nm fırlanma anı hasil edir.

Yeni elektrikləşdirilmiş "Lexus LFA" modelinin 2027-ci ilin əvvəlində, "GR GT" ilə təxminən eyni dövrdə satışa çıxacağı gözlənilir.

Kateqoriyalar