6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qəza

Manuel Noyer zədələnib

16-fevral-2026
Manuel Noyer zədələnib
Yazı Ölçüsü:
Almaniya çempionu Münhenin “Bavariya” klubunun qapıçısı Manuel Noyer sol baldır əzələsindən zədə alıb. Almaniyalı futbolçu yaxın günlərdə keçiriləcək məşqləri buraxacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.
Noyerin fevralın 21-də Bundesliqanın 23-cü turu çərçivəsində “Ayntraxt”a qarşı keçiriləcək oyunda iştirakı az ehtimal olunur.
Noyerin “Bavariya” ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir. O, karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı qərarı yaz aylarında verəcəyini bildirib.
Bu mövsüm Noyer 28 oyunda meydana çıxıb, 27 qol buraxıb və 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930