ABŞ-nin Miçiqan ştatının 73 yaşlı sakini özünü zəngin varisə kimi təqdim edərək bir il ərzində banklardan və digər maliyyə qurumlarından təxminən 30 milyon dollar dələduzluq yolu ilə əldə edib.
"PostMedia" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb və məlumatı Federal Təhqiqatlar Bürosu (FBI) təsdiqləyib.
FBI-ın məlumat bülleteninə görə, Meri Kerol MakDonnell Los-Anceles və Orinc dairəsində (Kaliforniya) dələduzluq sxeminə mümkün iştirakı ilə əlaqədar axtarılır.
FBI bildirib ki, qadın özünü MakDonnell ailəsinin varisi kimi təqdim edib və guya 80 milyon dollarlıq gizli fonda çıxışı olduğunu deyib. O, varisə kimi göstərdiyi McDonnell Aircraft korporasiyası isə artıq mövcud deyil.
FBI-ın məlumatına əsasən, dələduzluq sxemi təxminən 2017-ci ilin iyulunda başlayıb və 2018-ci ilin mayına qədər davam edib. Həmin dövrdə MakDonnell həm də digər ərazidə fəaliyyət göstərən və artıq bağlanmış Bellum Entertainment LLC prodakşn şirkətinin baş direktoru olub. Bu şirkət “Mən qatilə ərə getmişəm”, “Axtarılır: Qatil” kimi kriminal serialları istehsal edib.