N/A°C Bakı
1$ = 1.70₼
Oğurluq

Ermənistanda XV əsrə aid İncil oğurlanıb

09-dekabr-2025
Türkan Nəbi
Ermənistanda XV əsrə aid İncil oğurlanıb
Yazı Ölçüsü:

Ermənistanın Ararat vilayətinin Təperakan kəndində naməlum şəxslər XV əsrə aid İncil oğurlayıb.

"PostMedia" xəbər verir ki, u barədə Masrop Maştos adına qədim əlyazmalar institutu “Matenadaran” məlumat verib.

Matenadaran vurğulayır ki, bu hadisə, qiymətli əlyazmaların xüsusi şəxslər və kilsələr tərəfindən müvafiq təhlükəsizlik və şərait olmadan saxlanmasının problemliliyini göstərir.

İnstitutun rəhbərliyi dəfələrlə bu əlyazmaları müvəqqəti və ya daimi saxlamaq üçün qəbul etməyə hazır olduğunu bildirib.

Matenadaran qeyd edir ki, ölkədə əlyazmaların oğurlanması və ya itirilməsi, institutun beynəlxalq hərraclardan və şəxsi kolleksiyalardan əsərləri geri gətirmə kampaniyalarının nəticələrinə ziddir.

İnstitut, belə halların qarşısının alınması üçün vətəndaşların və dini icmaların Matenadaran ilə əməkdaşlığının vacibliyini vurğulayır.

Hadisə əlyazmaların qorunması və mədəni irsin saxlanması məsələlərində ciddiliyi bir daha aktuallaşdırır.

Kateqoriyalar