N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Oğurluq

"Luvr" muzeyindəki oğurluqla bağlı yeni faktlar ortaya çıxıb

19-yanvar-2026
Türkan Nəbi
"Luvr" muzeyindəki oğurluqla bağlı yeni faktlar ortaya çıxıb
Yazı Ölçüsü:
"Luvr" muzeyinin təhlükəsizlik əməkdaşları oğruların muzeyə necə daxil olduqlarını görüblər, lakin müdaxilə etməməyə qərar veriblər.
"PostMedia" xəbər verir ki, bu barədə "France 2" telekanalının yayımladığı müşahidə kameralarının görüntüləri sübut edir.
Videoda qara geyimli bir neçə təhlükəsizlik əməkdaşının pəncərədən içəri girən və zalı tərk edən ilk oğrunu gördüyü əks olunur. Az sonra isə motosiklet dəbilqəsi taxmış, əlində kəsici alət (“bolqar”) olan ikinci oğru muzeyə daxil olur. Onlar məqsədyönlü şəkildə zinət əşyalarının saxlandığı vitrinlərə tərəf hərəkət edərək, mühafizəçilərə məhəl qoymadan vitrinləri açmağa başlayıblar.
Bir müddət sonra bir neçə təhlükəsizlik əməkdaşı yenidən zalda peyda olub. Onlardan biri baryerin dayağını tutaraq iki dəfə oğruların istiqamətində addım atsa da, yenə də müdaxilə etməyib. Oğrular işlərini davam etdirib, mühafizəçilər isə sadəcə izləyiblər.
Qeyd olunur ki, "Luvr" muzeyinin təhlükəsizlik xidməti silah daşımır, çünki onların fəaliyyəti daxili təhlükəsizlik haqqında qanunlarla tənzimlənmir.
Daha əvvəl "TF1" telekanalı da soyğunçuluğun görüntülərini yayımlamışdı. Kadrlarda oğrulardan birinin vitrini açmaq üçün alətlərdən istifadə etdiyi, daha sonra isə onu çılpaq əlləri ilə sındıraraq zinət əşyalarını oğurladığı görünür. O, həmçinin şərikinə digər vitrini açmaqda kömək edib, bundan sonra hər iki şəxs hadisə yerindən qaçıb.
Soyğunçular oktyabrın 19-da doqquz ədəd zinət əşyası oğurlayıblar. Onların arasında Fransa kraliçalarına və imperatriçalarına məxsus taclar, sırğalar, boyunbağılar və broşlar olub. İmperatriça Evgeniya de Montijoya məxsus zədələnmiş tac sonradan tapılaraq geri qaytarılıb. Ümumi maddi zərər 88 milyon avro olaraq qiymətləndirilir. Bir neçə şübhəli saxlanılıb, onlardan beşinə rəsmi ittiham irəli sürülüb.
Kateqoriyalar