N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Danimarka Qrenlandiya ilə bağlı vəziyyətə görə Davos Forumunda iştirak etməyəcək

19-yanvar-2026
Turan Hüseynli
Danimarka Qrenlandiya ilə bağlı vəziyyətə görə Davos Forumunda iştirak etməyəcək
Yazı Ölçüsü:
Danimarka hökuməti Davosda keçiriləcək Dünya İqtisadi Forumuna nümayəndə heyəti göndərməmək qərarı verib.
"PostMedia" "Bloomberg"ə istinadən xəbər verir ki, Danimarka hökuməti bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etmək üçün nümayəndə heyəti göndərməyəcək.
Danimarka nümayəndə heyətinin forumda iştirak etməməsi Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqələndirilir. Təşkilatçıların agentliyə ötürdüyü açıqlamada deyilir:
“Bu həftə Davosda keçiriləcək forumda Danimarkanın təmsil olunmayacağını təsdiqləyə bilərik”.
Daha əvvəl bildirilmişdi ki, yanvarın 19-da Danimarka Silahlı Qüvvələrinin xeyli sayda hərbçisi Qrenlandiyaya göndəriləcək. Onlarla birlikdə Danimarka Quru Qoşunlarının komandanı Peter Boysen də adaya səfər edəcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyaya qoşun göndərən bir sıra Avropa ölkələrinə qarşı 10 faizlik gömrük rüsumlarının tətbiq ediləcəyini bəyan edib. Yeni tariflər Danimarka, İsveç, Fransa, Almaniya, Niderland, Finlandiya, Birləşmiş Krallıq və Norveçi əhatə edir.
Kateqoriyalar