N/A°C Bakı
1$ = 1.70₼
Sosial təminat

Rusiyada çoxuşaqlı analara 6400 manat ödəniş ediləcək

29-oktyabr-2025
Türkan Nəbi
Rusiyada çoxuşaqlı analara 6400 manat ödəniş ediləcək
Yazı Ölçüsü:

Rusiyanın Tambov vilayət dumasının deputatları, 35 yaşadək olan və üçüncü və ya daha çox uşaq dünyaya gətirən analara 300 min rubl (təxminən 6400 manat) məbləğində birdəfəlik maddi yardım verilməsini dəstəkləyiblər.

PostMedia” xəbər verir ki, bu barədə vilayətin rəhbəri Yevgeni Pervışov öz Telegram kanalında məlumat verib.

“35 yaşadək olan və üçüncü və ya daha çox uşaq doğan analara 300 min rubl məbləğində birdəfəlik maddi yardım veriləcək”, — deyə o bildirib.

Pervışovun sözlərinə görə, region ərazisində hər bir yeni doğulan uşaq üçün əlavə olaraq 5 min rubl (təxminən 107 manat) ödənişi də tətbiq olunur.

Bundan əlavə, 1 yanvardan etibarən çölyak xəstəliyi və ya fenilketonuriya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün az zülallı xüsusi qidaların təminatı məqsədilə analoji ödənişin tətbiqi planlaşdırılır.

Kateqoriyalar