N/A°C Bakı
1$ = 1.70₼
Sosial təminat

Rusiya 2026-cı ildə xarici işçilər üçün kvotanı artırmağı təklif edir

27-oktyabr-2025
Türkan Nəbi
Rusiya 2026-cı ildə xarici işçilər üçün kvotanı artırmağı təklif edir
Yazı Ölçüsü:

Rusiya Əmək və Sosial Müdafiə Nazirliyi vizalı ölkələrdən gələn xarici işçilərin cəlb edilməsi üçün 2026-cı il üzrə kvotanı 278,9 min nəfər səviyyəsində müəyyən etməyi təklif edib.

"PostMedia" xəbər verir ki, bu barədə məlumat qurumun saytında yer alıb.

Qeyd edək ki, bu göstərici 2025-ci ildə 234 958 nəfər olub.

Nazirlik bildirir ki, kvota avtomatik olaraq ölkəyə giriş icazəsi demək deyil: hər bir mütəxəssis iş vizasıiş icazəsi almalıdır. Üstəlik, real gələnlərin sayı adətən kvotadan az olur, çünki regionlar paralel olaraq yerli kadr axtarışını davam etdirirlər.

Kvotalar işəgötürənlərin regional və federal səviyyədə təsdiqlənmiş müraciətləri əsasında formalaşır. Kvotanın bir hissəsi artıq Rusiyada çalışan əcnəbilərin icazələrinin uzadılmasına sərf olunur — buna görə də söhbət həmişə yeni miqrantlardan getmir.

Əsas işçi cəlb edilən ölkələr: Çin, Türkiyə, Hindistan, Serbiya və Rusiya ilə vizalı rejim olan başqa dövlətlər.

Əsasən montajçılar, armatürçülər, betonçular, elektrik qaynaqçıları, texnoloji avadanlıq quraşdırıcıları, tikinti və montaj ustaları, elektromexaniklər lazımdır ki, onlar da amur qazkimya və qaz emalı kompleksi, “Vostoçnı” kosmodromunun ikinci xətti, Skovorodinoda metanol istehsalı, Ust-Luqada qazkimya klasteri, “Malmıjskoye” yatağında mədən kompleksi, Xüsusi Tixookean Dəmir Yolu, “Elqa” limanı və Xabarovskdakı TEC-4 və “Alabuga” xüsusi iqtisadi zonasında çalışacaqlar.

Nazirlik xatırladıb ki, kvotalar yalnız vizalı ölkələr üçün tətbiq edilir və hər il gələn ilin tələbatına uyğun yenilənir.

Kateqoriyalar